Xalq artisti Bilal Əliyevin ingilis dilində ifası sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Xalq artisti Bilal Əliyevin ingilis dilində ifası sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Bilal Əliyev ingilis dilində oxudu- Video

Xalq artisti Bilal Əliyevin ingilis dilində ifası sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

“İnstagram”da sözügedən videogörüntüyə 40 mindən çox tamaşaçı baxıb.

Sənətkar AzNews.az-a açıqlamasında həmin videogörüntüdən danışıb:

“Biz Qazax rayonuna gedirdik. Orada keçirilən konsert proqramında iştirak edəcəydik. Yolda dostlar məndən ingilis dilində mahnı oxumağımı xahiş etdilər. Mənim də kefim əla idi. Başladım ingilis dilində oxumağa. Düzünü deyim ki, həmin ifaya özüm qulaq asmamışam.”

Bilal Əliyev repertuarına əlavə etdiyi ifanın qədim ingilis mahnısı olduğunu qeyd edib:

“Hansı xalqın mahnısını istəsəm oxuya bilərəm. Bu mənim üçün problem deyil.”

Bahar RÜSTƏMLİ

AzNews.az