“Allah mənə 10 dənə də qız versə, ...” “Allah mənə 10 dənə də qız versə, ...”

“Dostlarım dedi ki, oxuma, biabır olarsan” - Emil Bədəlov

“Allah mənə 10 dənə də qız versə, ...”

“Zeynəb adını eşidəndən qısqanır”

“Efirə çıxanda oranı toyxanaya çevirməyəsən”

“Qızım yalnız pianino müəllimi ola bilər, ya da ki bəstəkar”

AzNews.az xəbər verir ki, “ARB Ulduz”un “Şou məkan” verilişinin növbəti qonağı müğənni Emil Bədəlov olub.

Yeni repertuar üzərində çalışan Emil Bədəlov, ilk olaraq nəinki efirlər üçün, ümumiyyətlə, toy məclisləri üçün də keyfiyyətli mahnı təqdim etməyim vacib olduğunu vurğulayıb:

“Məşq ona görə lazımdır ki, musiqiçilərin çalğısı, musiqiyə giriş-çıxışı daha keyfiyyətli olsun. Aləm dəyməsin bir-birinə. Təzə repertuar üzərində işləyirik. Yeni mahnılar hazırlayırıq. Bu məşq təkcə toy üçün deyil, həm də efir üçündür ki, efirə çıxanda oranı toyxanaya çevirməyəsən. Çalışırıq ki, efirdə klassik mahnılar ifa edək, dəyərli musiqiyə müraciət edək. Məqlə efirə çıxanda bu bir qədər peşəkar olur”.

Bir vaxtlar “Saqqız Emil” deyə dildən-dilə dolaşan müğənni indi bu cür mahnılardan uzaq qaçıb, yalnız ciddi mahnılara üz tutduğunu bildirib:

“Bu gün mənə “saqqız” tipli mahnıların qırxını təklif edirlər, pulsuz, aranjimanı ilə bir yerdə. Ancaq mən həmin mahnını oxumuram. Bilmirəm yaşımla əlaqədardır, bilmirəm musiqiyə olan daha ciddi yanaşmamla əlaqədardır, ancaq oxumaram. Sadəcə mən onu ifa edəndə gənc dostlarım, sənət yoldaşlarım mənə deyirdilər ki, oxuma bunu, biabır olarsan. “Saqqız” sözünə görə. Ancaq Tarkan yüz cür mahnı oxuyur, ya da qeyrisi. Heç onlara nəsə deyən yoxdur”.

Sənətçi daha sonra yeni doğulacaq övladı ilə bağlı danışmaqdan da çəkinməyib:

“Allah mənə 10 dənə də qız versə, canla-başla qəbul edərəm. Övladın pisi, yaxşısı yoxdur. Övladlara fərq qoymaq olmaz. Qız elədir ki, düzgün, dürüst, tərbiyəli şəkildə onu böyüdəcəksənsə, ər evinə yola salacaqsansa, bu Allahın da xoşuna gələr. Zeynəb yoldaşımın subay vaxtlarından arzusu olub. Uşağın dünyaya gəlməsi ərəfəsində adla bağlı sual yarandı. Yoldaşım dedi ki, mənim arzum Zeynəb adı olub. Dedim ki, mən də səndən 40 dəfə çox istəyəm həmin adı”.

Qızı Səadətin doğulacaq bacısına qarşı qısqanclıq keçirdiyini söyləyən Emil, övladlarına fərq qoymayacağını, üstəlik ilk övladına olan sevgisinin azalmayacağını da dilə gətirib:

“Səadət bir az ərköyün oldu. Çünki həm ana tərəfdən, həm də ata tərəfdən sevimli bir uşaq oldu, seçildi. Neçə vaxtdır, Zeynəb adını eşidəndən qısqanır. Biz də başını belə aldadırıq ki, sən onun anası olacaqsan. Zeynəbi sən böyüdəcəksən. Zeynəb adı çəkilən kimi görürəm ki, əsəbiləşir, qısqanır. Ancaq bilirəm ki, onu çox sevəcək”.

Emil Bədəlovun ilk övladının məşhurluğu müğənini artıq kölgədə qoyub. Yəqin bu istedadın kökündə də babalarının və atasının musiqiçi olması dayanır.

“Səsi də var, özü də ki yaşından çox böyük oxuyur. Sadəcə olaraq, babaları: Firuz Əliyev, Namiq Bədəlov, ikisi də musiqidə sözünü demiş adamlardır, atası müğənni, dayıları musiqiçi. Canda, qanda var. İnşallah birdən musiqi yolunu seçsə, yalnız ya pianino müəllimi ola bilər, ya da ki bəstəkar”.

Emil necə olursa, olsun övladının müğənni olmasını dəstəkləmir. Gecəsini-gündüzünə qatıb özü işçi arı kimi çalışdığı üçün qızının da belə əziyyət çəkməsini istəmir:

“Pis başa düşməyin. Bizim bu sənətdə qeyrətli xanımlarımız da çoxdur, aparıcılarımız da çoxdur. Sadəcə olaraq, bu sənət dedi-qodulu sənətdir, gecəsi, gündüzü olmayan sənətdir. Mən istəyərəm ki, övladım səhər doqquzda işə getsin, altıda işdən evə qayıtsın”.

Uzun fasilədən sonra yeni klip çəkdirən Emil qısa zamanda yeni ekran işini təqdim edəcəyini də eksklüziv olaraq, bizimlə bölüşüb:

“Fasilə oldu. Klipi Cəlal Kəngərli çəkib. Mənim də, onun da başı qarışıq oldu. Biraz maddi problemlər də ortaya çıxdı. Qismət oldu ki, əla bir klip alındı”.