Dünyaca məşhur ifaçı Selena Gomez İnstagramda son paylaşdığı şəkil bəyənmə rekordu qırıb. Dünyaca məşhur ifaçı Selena Gomez İnstagramda son paylaşdığı şəkil bəyənmə rekordu qırıb.

Selena Gomez şəxsi rekordunu təzələdi - Foto

Dünyaca məşhur ifaçı Selena Gomez İnstagramda son paylaşdığı şəkil bəyənmə rekordu qırıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl Selenanın coca-cola butulkası ilə çəkdirdiyi foto İnstagram tarixində ən çox bəyənmə yığan şəkil idi. Ta ki Beyonse hamiləlik fotosunu paylaşana qədər. Bu foto qısa müddət ərzində 11 milyon bəyənmə sayını keçib.

Bir neçə gün öncə Selena sevgilisi The Weeknd-lə ilk selfisini paylaşdı. Foto artıq 7 milyon like sayını yaxındı. Bununla Selena şəxsi rekordunu təzələdi.

Qeyd edək ki, İnstagramın ən məşhur ulduzlarından olan Selenanı 118 milyon şəxs izləyir.