Məşhur türk müğənnisi Özcan Dənizin iyun ayında Burak Özcivit ilə nikah masasına oturacağı gözlənilən keçmiş sevgilisi Fahriye Evcenin instaqram hesabındakı videosunu bəyənməsi söz-söhbətə səbəb olub. Məşhur türk müğənnisi Özcan Dənizin iyun ayında Burak Özcivit ilə nikah masasına oturacağı gözlənilən keçmiş sevgilisi Fahriye Evcenin instaqram hesabındakı videosunu bəyənməsi söz-söhbətə səbəb olub.

Keçmiş sevgilsinin videosunu bəyəndi - “Səhvən olub”

Məşhur türk müğənnisi Özcan Dənizin iyun ayında Burak Özcivit ilə nikah masasına oturacağı gözlənilən keçmiş sevgilisi Fahriye Evcenin instaqram hesabındakı videosunu bəyənməsi söz-söhbətə səbəb olub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bütün bu söhbətlərə son qoymaq üçün müğənni sosial şəbəkədə bununla bağlı açıqlama verib.

Müğənni bu mövzuda danışmaq istəmədiyini, amma məcbur qaldığını bildirib:

“Bir neçə aydan sonra evlənməyi planlaşdıran cütlük var qarşımızda...Heç kimin şəxsi həyatında sıxıntı yaratmaq istəmirəm. Baxdım ki, siz mənim bu hərəkəti nə məntiqnən etdiyimi soruşusunuz. Bilirsiniz ki, uşaqlar telefonla oynamağı çox sevir. Məşhurların fanatları bi çoxunu eyni anda izlədiyi üçün hər məşhurun instaqram kəşf et bölümündə heç aidiyyatı olmayan digər məşhurlar görünür. Beləliklə səhvən olunan bəyənmədir bu...6 yaşında olan bir qız uşağının əlinə telefon vermişdim, o da sevdiyini bəyənib. Onsuz da anası bunu görüb bəyənməni yenidən qaytarıb. Açıqlamam bu qədər...Yeni evliliyə hazırlaşan cütlüyə bu hörmətsizliyi edəcək qədər özümə düşmən, şüursuz biri deyiləm”.