Teleaparıcı və meloman Murad Arif ilə müğənni Ayaz Qasımov çətin vəziyyətlə üzləşiblər. Teleaparıcı və meloman Murad Arif ilə müğənni Ayaz Qasımov çətin vəziyyətlə üzləşiblər.

300 dəfə aranjeman olunan mahnı Muradla Ayazı tarıma çəkib – VİDEO

Teleaparıcı və meloman Murad Arif ilə müğənni Ayaz Qasımov çətin vəziyyətlə üzləşiblər.



AzNews.az-ın məlumatına görə, müğənni ifa etdiyi sözləri və musiqisi Murad Arifə məxsus olan "Mən səni öldürdüm" adlı mahnını hazırlayarkən gərgin vəziyyətlə qarşılaşıblar.

M.Arif mahnının 3 il ərzində 300 dəfə aranjeman olunduğunu və oxunduğunu deyib: "Bu, çox əziyyətli mahnı oldu. Mövzusu ağır olduğu üçün hər dəfə oxunan zaman doğru əhvalı tutmaq olmurdu. Həyatda hər şey olur və biz müəlliflərin işi də odur ki, insan hisslərinə tərcümanlıq edə bilək".

A.Qasımov isə bildirib ki, mövzu olaraq oxuduğu ən çətin mahnıdır: "Melodiyası sadə olsa da, mahnıdakı fikir, sözlər çox ağırdır və bu hissi ürəkdən keçirmək əziyyətli idi. Hətta, mahnıdan vaz keçmək istədim. Mahnıda keçmiş sevgiylə aqressiya var".

Fuad Mədətov
AzNews.az