Bu gün müğənni Manaf Ağayevin ad günüdür. 53 yaşlı sənətkar ömründən daha bir ilin tarixə qovuşduğunu deyir. Bu gün müğənni Manaf Ağayevin ad günüdür. 53 yaşlı sənətkar ömründən daha bir ilin tarixə qovuşduğunu deyir.

Manaf Ağayev həmkarlarına söz atdı: “İti bağrına basıb özü ilə yatızdırır”

Bu gün müğənni Manaf Ağayevin ad günüdür. 53 yaşlı sənətkar ömründən daha bir ilin tarixə qovuşduğunu deyir.

Müğənni AzNews.az-a müsahibəsində məlum səbəbdən ad gününü keçirməyəcəyini deyib:

-Çünki axşam toydayam. Amma mənim üçün sıradan bir gündür. Düzü, yubileylərimi yüksək səviyyədə keçirirəm. Allah imkan versə, 55 illik yubileyimi qeyd edəcəm. Adam var, ad gününü keçirməyi sevir. Yaşımın o çağı deyil ki, hər ad günümü keçirim. Uşaqlarımın ad gününü keçirirəm, bu bəs edir. Ad günü ilə bağlı təbriklər çoxdur, telefon axşamdan susmur. Dünyanın hər yerindən mənə zənglər olunur.

- Hədiyyələr necə gəlirmi?

-Əlbəttə. Hər ad günümdə mənə bahalı hədiyyələr olunub. Məsələn, 50 illik yubileyimdə mənə bahalı avtomobil bağışlanıb. Bundan əlavə, bahalı zinət əşyaları, saatlar və s. hədiyyə edilib. Həmin hədiyyələri saxlayıram. Amma hədiyyə olunan maşını satdım.

-Sirr deyilsə, maşın kim tərəfindən bağışlanmışdı?

-Yaxın dostum, amma adını açıqlamaq istəmirəm. Həmin maşını iki il sürdüm. Sonra satıb başqası ilə dəyişdim.

-Sizin dövrün Xalq və Əməkdar artistləri var ki, qısa zamanda səhnədən getdi və unuduldu. Heç bir titulu olmayan Manaf Ağayev isə daima gündəmdədir. Bunun sirri nədir?

-Gərək hər bir insan özünü qorusun. Fərqi yoxdur, qadın ya kişi əsas odur ki, özünü qorumağı bacarmalısan. Sənə ləkə, palçıq atılmasına imkan verməməlisən. Mən də özümü belə şeylərdən qorumuşam. Getdiyin yerdə danışığını, hərəkətini bilməlisən. Çalışmışam ki, övladlarım ağıllı olsun, ailəm gündəmə gəlməsin. Oturuşumu-duruşumu bilmişəm. Gərək səhv etməyəsən. Mən həm də xalqın içində olan bir sənətkaram. Yeganə müğənniyəm ki, kim zəng etsə, telefonu özüm götürürəm. Nə köməkçim var, nə prodüsserim, nə də cangüdənim. Səmimiyəm, kim hara çağırsa özüm gedirəm, görüşürəm, bir sözlə, eldən nəfəs alıram. Özünü çəkmək, dartmaq mənə yaddır. Bu insanın genində olan bir şeyidr.

-Nə vaxtsa ürəyinizdən keçibmi ki, sizin də fəxri adınız olsun?

-Təbii ki, kim istəməz ki. Sənətdə fəxri ad gözəl bir şeydir, adama ləzzət edir. Amma istər özümdən yuxarı, istərsə də aşağı heç kəsə paxıllıq etməmişəm. Bu Allahın işinə qarışmaq kimidir. Onun qisməti, şansı olub alıb. Dövlət özü bilər. Təbii ki, istəyərdim ki, adım, sənətçi kimi mənim də titulum olsun. O adlar nəyi həll edir? Bax, bu sualın cavabı lazımdır. Türkiyədə belə bir şey yoxdur. Ad sənin xalqının sevgisidir. Təbii ki, dövlət başçısının imzası ilə verilən fəxri ad və mükafatlarla qurur duyursan. Bu insana rahatlıqla yanaşı həm də məsuliyyət verir. Olsa daha yaxşı olar, amma neynəyək ki, yoxdur.

-Həmkarlarınızın böyük əksəriyyəti fəxri adlara sahib olmaq üçün aidiyyatı qurumlara müraciət edir, qəbullara gedirlər, tanışlar tapırlar. İstəklərinə nail olurlar...

-Yox, ömrüm boyu kimdənsə nəsə xahiş etməmişəm. Pulla fəxri ad istəmirəm. Nəyimə lazımdır o? O ad deyil, bazardan pulla istədiyini satın almaqdır. Verərlər daha yaxşı, verməzlər də Allah köməkləri olsun. Təki, adımı əlimdən almasınlar. Allah xalqın sevgisini mənə çox görməsin. Mənim üçün ən böyük ad xalqın oğlunun məni toy şənliyində görmək istəməsidir.

-Xalq artisti Səməd Səmədov deyir ki, “boş vaxtlarımda it, pişiklə gəzirəm, tərləyirəm.” Ev heyvanlarına münasibətiniz necədir?

-Pis. Mənim bağım da var, evlərim də. Ancaq heç birində nə it var, nə də pişik. İyrənirəm, qəbul edə bilmirəm. Onun tükünü görsəm yemək yeyə bilmərəm. Kimsə it saxlayırsa, ona pis baxmıram. Adam var iti bağırına basır, özü ilə yatızdırır. Ola bilər, geridə qalmışıq, düşüncəmiz belədir. İnsan olan yerdə it olmaz. İtdi, eşşəkdi bunlar çöldə olan heyvanlardır. Hərə bir cürdür, itdən ötrü ağlayan, yas saxlayanlar var.

-53 ildə qazancınız nə olub?

-Xalqın hörməti və sevgisi. Hara getsəm məni şəxsiyyət kimi sayırlar. Hansı müğənnini şəxsiyyət kimi qarşılayıb, şəxsiyyət kimi yola salırlarsa, bunun qiyməti yoxdur. Məni həmişə hörmətlə qarşılayıblar. Bunu mən özüm qazanmışam.

Bahar RÜSTƏMLİ

AzNews.az