Ana olmağa hazırlaşan dünyaca məşhur ulduz Beyonse Formation Scholars adlı şəxsi təqaüdünü təsis edib. Ana olmağa hazırlaşan dünyaca məşhur ulduz Beyonse Formation Scholars adlı şəxsi təqaüdünü təsis edib.

Hamilə Beyonsedən xeyirxah addım - Foto

Ana olmağa hazırlaşan dünyaca məşhur ulduz Beyonse Formation Scholars adlı şəxsi təqaüdünü təsis edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu təqaüd qızların təhsil haqqını qarşılayacaq. Pop-divaya çox böyük uğur gətirən Lemonade albomundakı treklərdən birinin şərəfinə adlandırılan bu təqaüd qeyri-standart təfəkkür, cəsarət, kreativlik və özünə əmin qızlara veriləcək.

Bu təqaüd yalnız 4 tələbəyə veriləcək. Həmin tələbələr Berklinin musiqi kolleci, Parsons dizayn məktəbi, Harvard universiteti və Spelman kollecində təhsil almalıdır.

Qeyd edək ki, təqaüd haqqında məlumat ulduzun şəxsi internet səhifəsində paylaşılıb.