17:18
(077) 610-22-33

Tam soyunmağın əleyhinəyəm, amma-FOTOSESSİYA

  • >
2 431 6 Fevral 2013 13:37 | Şou-biznes


Şou-biznesdə bir çox insanların fotomodel kimi tanıdığı müğənni Dəniz maraqlı açıqlamasıyla diqqət çəkib.

Müğənni AzNews.az-a bildirib ki, çəkdirdiyi fotosessiyalarda fotomodelə bənzəsə də, amma işi ifaçılıqla bağlıdır:

"Hərdən deyirlər ki, bu, nə şəkillərdi? Müğənnilər yarıçılpaq şəkillər çəkdirir? Bu, düzgün düşüncə deyil. Azərbaycan demokratik respublikadır. Düzdür, tam soyunmağın əleyhinəyəm. Pis qarşılanar, amma qədərində… Biz niyə dünya estradasında sənətçilərindən geri qalaq? Bizə yaxın olan türk şou-biznesini nümunə göstərmək kifayət edər. Müğənnilər oxumaqları ilə yanaşı, gözəlikləriylə diqqət çəkirlər".

Dəniz onu da qeyd edib ki, bəzi həmkarları ona zəng edərək, hər dəfə verilişlərdə əsasən xalq artisti İlhamə Quliyevanın adının çəkməsini soruşurlar. Müğənni bu məsələyə də aydınlıq gətirməyə çalışıb:

"Düzdür, adını tez-tez vurğuladığım primadonna İlhamə Quliyevadan başqa, müğənnilər Mətanət İsgəndərli və Könül Kərimova da var. Demək istəyirəm ki, buna paxıllıq etmək olmaz. Mən sadəcə bu insanların sənətini çox sevirəm. İnanın ki, İlhamə Quliyevanın sənətinə və özünə çox vurğunam".

Müğənni yaxın günlərdə yeni mahnılarını və kliplərini təqdim edəcəyini bildirib.

Fuad Mədətov
AzNews.az

Bağla X