21:48
(077) 610-22-33

Müğənni "+18" fotosundan danışdı: “Lüt deyiləm ki...” (FOTO)

  • >
53 941 1 May 2017 14:48 | Şou-biznes

“Sevgilim deyilən o şəxs mənim birinci ərimdir.”

Bunu AzNews.az-a açıqlamasında müğənni Şəbnəm Tovuzlu “+18” fotolarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ərşad adlı şəxslə olan evlilik 10 il davam edib:

“Şəbnəm kiminsə gözünə girir ki, belə yazıları yazırlar. Müğənniyik, evli olub boşanmışıq. İki uşağım var, xoşbəxtəm. Lüt deyiləm ki, bədəndən yuxarı şəkildir. Biabırçı şəkillərim yoxdur ki. Ərşad özü üçün oxuyan olub.”

Şəbnəm Tovuzlu qeyd edib ki, onun varlığı çoxlarının yuxusunu qaçırır: “Heç kəslə maraqlanmıram. Allah onların cəzasını versin.”

Müğənni Şəbnəm Tovuzlu sevgilisiylə fotoları yayılıb. “mediafax.az”-ın yaydığı məlumata görə, şəkildə müğənninin isti münasibət qurduğu həmkarı Ərşaddır.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X