17:09
(077) 610-22-33

“Burnunuz yuxarıdadır, niyə belə artırıbsız?” - Ayaz həmkarlarını yıxıb-sürüdü

  • >
3 063 3 May 2017 10:49 | Şou-biznes

“Hörmətimi hansısa verlişdə itirmək istəmirəm”

“Nə vaxtsa başı daşa dəyəcək, ayılacaq...”

AzNews.az xəbər verir ki, “ARB Ulduz”un “Şou-məkan” proqramının növbəti qonağı tanınmış müğənni Ayaz Qasımov olub.

Müğənnilərin çoxunun toyların azlığından şikayət etdiyi vaxtda, Ayaz işlərin çoxluğunu etiraf edərək başını itirdiyini bildirib:

“Tələbatlı müğənniyəm deyə belə də alınır. Bir az təvazökarlqdan uzaq olsa da, deyim bunu. Həqiqətən, işlər çoxdur və çatdıra bilmirəm ki, gəlim müsahibə verim. Şou məkan izləyiciləri çoxdan yolumuzu gözləyirlər. İnanın səmimiyyətimə, doğurdan, vaxt olmur. Əvvəl deyirdim ki, nə var ey, hamısını çatdıracam”.

Müğənni işlərinin çoxluğunu görüb, ona bu yolda əngəl olmaq istəyənlərdən də danışıb:

“Yox, mən düşünmürəm ki, kimsə işimin çoxluğunu görüb mənim üçün cadu edər. Belə şeylərə mən yaxşı baxmıram. Mən heç kim üçün etmirəm. İnşallah heç kim də mənim üçün etməz. Mən heç kimə heç vaxt pislik etmirəm. Ola bilər ki, nəsə paxıllıq edirlər. Ancaq gəlib yolumu kəssinlər filan, bacarmazlar onu”.

Sənətçi toy qiymətlərinin də münasib olduğunu bildirib:

“Kəlləçarx qiymətlərə getmirəm, heç özümə rəva da bilmirəm. Niyə? Çünki bizi bu millət qaldırıb. Bizə bu millət dəyər verib. Nə qədər əziyyət çəksən də, belə olmaz”.

Ayaz, haqqında irəli-geri danışan həmkarlarının özlərindən razı hallarını da qınaq atəşinə tutub:

“Ümumiyyətlə, yanlış ifadə səsləndirən adam görməmişəm. Çünki özümə hörmət edirəm deyə heç kəs də hörmətsizlik etmir. Eləsə də cavabını artıqlaması ilə alacaq. Müsahibə zamanı deyirlər ki, kimsə sənin haqqında bu cür danışıb. Həmin dəqiqə zəng edib o adamdan soruşaram ki, belə bir şey deyibsən, ya yox?

Burunları yuxarıdadır.Nə etmisən ki, sən? 15 ildir səhnədəyəm, heç mən sizin kimi etməmişəm. Niyə belə artırıbsız? Özünüzü niyə belə təkəbbürlü aparırsız? Belə bir şey görəndə fikirləşirəm ki, bu adama salam düşmür. Mən salamımı verirəm bir dəfə. Əgər cavab vermirsə, o zaman anlayıram ki, burnu yuxarıdır. Nə vaxtsa başı daşa dəyəcək, ayılacaq. Çox olub belə adamlar”.

Hər dəvəti qəbul etməyən, hər çağırılan yerə getməyən Ayaz süni şou yaradanlardan uzaq olduğunu söyləyib:

“Özüm üçün müəyyən bir embarqo qoymuşam. Hər verilişə çıxmıram. Bu əsla yekəxanalıq deyil. Sadəcə bu qədər müddətdə topladığım hörməti hansısa verilişdə məni anlamayan insanların arasında bir anın içində itirmək istəmirəm”.

Sonda müğənni yeni mahnı üzərində çalışdığını qeyd edib:

“May ayında Gülnar Sultanovanın bəstəsi olan bir mahnı çıxacaq. Mahnının adını hələ təyin etməmişik. “Güvəndim sevdim mən də sonunda”. Bu, nəqarətdən bir hissədir”.

Top xəbərlər
Bağla X