Dünyaca məşhur ulduz Şakiranın Me enamoré adlı mahnısına çəkdirdiyi klipdə həyat yoldaşı, futbolçu Jerar Pikeni də görə biləcəyik. Dünyaca məşhur ulduz Şakiranın Me enamoré adlı mahnısına çəkdirdiyi klipdə həyat yoldaşı, futbolçu Jerar Pikeni də görə biləcəyik.

Şakira yeni klipində Pike ilə birlikdə - Video

Dünyaca məşhur ulduz Şakiranın Me enamoré adlı mahnısına çəkdirdiyi klipdə həyat yoldaşı, futbolçu Jerar Pikeni də görə biləcəyik.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, mahnının mətnində Şakiranın Pike ilə sevgi hekayəsi əks olunub. Şakira mahnıda Pike ilə bütün gecə rəqs etməsini xatırlayır. İlk görüşdə o, sevgilisi ilə yaş fərqinə görə çox narahat idi. Pike Şakiradan 10 yaş kiçikdi.

Bu səbəbdən, yeni klipdə abstrakt obraz əvəzinə, gerçək sevgili, yəni Pikeni görəcəyik. Klipdə bir neçə səhnə artıq Barselonada küçələrində çəkilib. Çəkiliş meydançasından görüntüləri isə, sakinlərdən biri çəkib.