"Oğlumun adı Sabah Əlidir. On aylıqdır, amma balacadır, zəif uşaqdır. Hamı təəccüblənir ki, bu köklükdə ananın belə zəif uşağı olub". "Oğlumun adı Sabah Əlidir. On aylıqdır, amma balacadır, zəif uşaqdır. Hamı təəccüblənir ki, bu köklükdə ananın belə zəif uşağı olub".

“Şirin dilim olmasaydı, çoxdan boşayardı” - Məşhur aktrisa

"Oğlumun adı Sabah Əlidir. On aylıqdır, amma balacadır, zəif uşaqdır. Hamı təəccüblənir ki, bu köklükdə ananın belə zəif uşağı olub".

Axşam.az-ın məlumatına görə, bu sözləri aktrisa Xuraman Əlizadə "Lider maqazin"ə açıqlamasında deyib.

Aktrisa həyat yoldaşından danışaraq, xoşbəxt olduğunu söyləyib:

"Valideynlərim, həyat yoldaşım var. Məni sevir, qayğıma qalır. Çəkinmədən hər an yanımdadır. Tədbirə mənlə gedirsə, tərləyirəmsə, ətrafdakılara fikir vermədən tərimi silər, əlimdən tutar. Mənim şirin dilim olmasaydı, çoxdan boşayardı. Mənə "Xurma" deyir. Xuraman deyəndə, bilirəm ki, əsəbidir. O məni qısqanmır. Mən qısqanıram, eqoistəm. Özümə daha çox diqqət istəyirəm. Həyat yoldaşım 2005-ci ildə çəkildiyim "Toy" tamaşasında mənə vurulub. Hər ikimizin ikinci ailəsidir. Yoldaşımla aramda beş yaş fərq var. Bir balaca qınaqlardan çəkinirəm".

AzNews.az