22:51
(077) 610-22-33

Türkiyədəki referendum məşhur cütlüyün ayrılmasına səbəb oldu

  • >
11 226 8 May 2017 13:02 | Şou-biznes

Sevgilisi onu xəyanətdə ittiham edirdi.

AzNews.az xarici mətbuata isinadən xəbər verir ki, cütlüyün ayrılmasına səbəb, əslində, Bozun Enverə xəyanət etməsi deyil, onun Türkiyədə konistitusiya dəyişikliklərini nəzərdə tutan referendumun təşviqat kampaniyasında iştirak etməsi olub. Boz bir müddət əvvəl Türkiyədə keçirilən referendumda “hə” kampaniyasının tərəfdarı kimi təşviqat aparıb.

Aslı Enver Boza “Səhv etmisən, sənətçi siyasətə qarışmamalıdır” deyib. Aslı Enverin ailəsi də onun fikirlərini dəstəkləyib.

Cütlük 10 gün əvvəl deyil, aprel ayının əvvəlində ayrılıblar.

Əvvəlki iddialara görə, türkiyəli müğənni aktyor Əsər Yenənlərin evində “İşte Benim Stilim” adlı verilişin iştirakçıları Nihal və Bahar Candan ilə görüşüblər. Envər bunu özünə qarşı xəyanət hesab edib. Pop-ulduz özü isə haqqında yayılan iddiaları təkzib edib.

Murat Boz və Aslı Enverin fanatları cütlüyün ayrılmasına görə Əsər Yenənləri günahlandırıblar. Fanatlar sosial şəbəkələrdə “Ayıb olsun sənə, Əsər, Muratı da korladın. Bu ayrılıq sənin “Əsər”indir”- deyə şərhlər yazıblar.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X