İsrafilov qardaşlarının dueti: “Günahsız” – VİDEO

Müğənni Ramal İsrafilov bu dəfə qeyri-adi bir duet ifa edib. AzNews.az-ın məlumatına görə, hər zaman xanım həmkarları ilə duet oxuyan Ramal bu dəfə tərəf müqabili olaraq kiçik qardaşı Valehi seçib.

Budəfəki duet mahnını da həmişəkindən fərqli olaraq Ramal bəstələməyib. "Günahsız" adlı mahnının musiqisi Valeh İsrafilova, sözləri isə "Qala" qrupunun üzvü Ceyhun Əliyevə məxsusdur.



Fuad Mədətov
AzNews.az