Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi başlayıb. Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

Diana Hacıyeva "Eurovision-2017"nin finalında çıxış etdi - Video

Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

AzNews.az xəbər verir ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci sırada çıxış edib.

Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.

Bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb. Lakin, final mərhələsində 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Ötənilki müsabiqənin qalibi isə Ukrayna təmsilçisi Camala (Jamala) olub.

AzNews.az