23:06
(077) 610-22-33

“Yaxşı yaşayan bir qadın niyə ölmək istəsin?” - Zöhrə Abdullayeva əsəbiləşdi

  • >
11 851 15 May 2017 17:41 | Şou-biznes

“Axı mən nəyə görə ölməliyəm?”

Bunu AzNews.az-a Əməkdar artist Zöhrə Abdullayeva onun yaşamaq istəməməsi ilə bağlı yayılan məlumata açıqlamasında deyib. Sənətçi bildirib ki, insanın yaşamaması, ölməsi üçün səbəblər olmalıdır:

“Şükürlər olsun ki, hər şeyim var. Ayıb olsun bunu yazana. “Onlar” verilişinin anonsu çəkilirdi. Dedim ki, Şuşanı görmək, anamı-atamı, sənət dostlarımı görmək istəyirəm. Bilsəm ki, bunları görəcəm müvəqqəti ölərdim. Bunu şişirdiblər, guya demişəm ki, mən ölmək istəyirəm. Onu yazanı Allaha tapşırıram. Belə hörmətli sənətkar, yaxşı yaşayan bir qadın niyə ölmək istəsin?”.

Zöhrə Abdullayeva qeyd edib ki, lazım gəlsə məsələni hüquq müstəvisində həll etməyə hazırdır:

“İnsanlıq itib. Hara gedirik biz? Oğlum, gəlinim var, oxuyarlar bunu, deyər ay ana niyə ölmək istəyirsən, sənə neynəyirlər? Məni əsəbiləşdirməsinlər. Verərəm onu yazanı məhkəməyə, deyərəm gəl niyə ölmək istədiyimi sübüt elə. Görüm onun altından çıxa bilərsən?”

Azərbaycanın əməkdar artist Zöhrə Abdullayeva metbuat.az-a "Bu dəqiqə ölmək istəyirəm. Darıxıram, çox darıxıram”-deyə bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X