“ARB Ulduz”un “Şou məkan” verilişinin növbəti qonağı tanınmış müğənni Səyyad Əliadə verib. “ARB Ulduz”un “Şou məkan” verilişinin növbəti qonağı tanınmış müğənni Səyyad Əliadə verib.

“Qızlarımız dar, oğlanlarımız “kalqotka” geyinir” - Səyyad Əlizadə

“ARB Ulduz”un “Şou məkan” verilişinin növbəti qonağı tanınmış müğənni Səyyad Əliadə verib.

AzNews.az xəbər verir ki, səhhəti yaxşılaşan müğənni ilk olaraq incidiyi yaxın tanışlarından danışıb:

“Gördüyünüz kimi indi yaxşıyam. Həyatda insan üçün can sağlığından qiymətli heç nə yoxdur. Həyatdır da, bəzən olur ki, insan özünə laqeyd yanaşır və xəstələnir. İnsan gərək özünü qorusun. Ürəyi geniş insanlar bağışlamağı bacarırlar. İnsan bəzən umduğu adamlardan küsür. Sonra bir az aradan vaxt keçdikdən sonra deyirsən ki, heç kimdən küsməyə dəyməz. Elə bir zamandayıq ki, hər kəs öz problemləri ilə yaşayır. Kimin üçünsə bir qədər vaxt ayırmaq, doğurdan, çətindir. Ona görə də mən incidiyim dostlarımı bağışladım. İnsana ən böyük cəza bilirsiz nədir, sənə pislik edənə yaxşılıq elə, ondan böyük cəza yoxdur. İnsanın vicdanı var ha, istəyirsən həmin adamın dərisini soy, sənin pisliyə qarşı yaxşlıq cavabın hamsından təsirli olacaq”.

Müğənni daha sonra onların bu sənətə təsadüfən gəldiklərini bildirdi:

“Bizim sənətdə də, digər sahələrdə də təsadüfi insanlar çoxdur. Çörəyi dizinin üstündə olanlar hər sahədə var. Qəlbi, sənəti gözəl, insanla yaxşı münasibət bəsləyən, heç kimə yuxarıdan aşağı baxmayan müğənnilər var ki, onların çörəyi dizinin üstündə deyil, süfrədədir. Başda mən olmaqla, bütün insanların çatışmayan cəhətləri var. Elə insanlar var ki, burnundan qabağı görmür. Onlarda xoşagəlməz hərəkətlər olur. Elə insanlar da var ki, önünü görə bilir. Allah hər kəsə hidayət versin”.

Səyyad bəy illərdir imicində heç bir dəyişiklik etməməsindən də söz açıb:

“Dəb mənim üçün rol oynamır. Mən nə yaraşırsa, onu geyinirəm. Bu gün cavanlar elə şalvar geyinirlər ki, sanki “kalqotka” geyiniblər. O, kişiyə yaraşan şey deyil. Kişi gərək geyiminə fikir versin. Düzdür, bizim cavan qızlar da dar geyinirlər. Ancaq bu qəbul olunmur. Ev geyimi başqadır, küçə geyimi başqa”.

Bununla yetinməyən sənətçi, gənc müğənnilərin məclislərə geyindiyi geyimləri də tənqid edib:

“Bu gün həmişə geyindiyim kimi geyinmişəm. Ancaq mən heç vaxt tədbirə, efirə, konsertə bu cür geyinmərəm. Elələri var ki, məclisə dizəcən kofta geyib gəlirlər. Hər şeyə fərqli yanaşırlar, guya bunlar müasirdirlər. Ancaq belə deyil”.

Müğənni sonda yeni albom və layihələrindən bəhs edib:

“Mənim 3 ildir ki, albomum çıxmır. Bu il 2 albom birdən çıxacaq. Onlar üçün şəkil çəkdirdik. Qarabağ haqqında mahnının sözləri Vaqif Bəhmənlinin, musiqisi Razin Paşayevindir. Sözlər xoşuma gəldi. Razindən xahiş etdim, ona musiqi bəstələdi. “Sülh nəğməsi” çağırış xarakterli bir mahnıdır. Uşaqların müdafiə gününə kimi hazır edəcəyik”.