ARB TV-nin “Ömrün fəsilləri” verilişinin növbəti qonağı xalq artisti, xareoqraf Roza Cəlilova olub. ARB TV-nin “Ömrün fəsilləri” verilişinin növbəti qonağı xalq artisti, xareoqraf Roza Cəlilova olub.

“Dedim ki, get, sənə halal olsun” - Xalq artisti

ARB TV-nin “Ömrün fəsilləri” verilişinin növbəti qonağı xalq artisti, xareoqraf Roza Cəlilova olub.

İlk olaraq xalq artisti 2 dəfə könüllü müharibəyə yollanan və əsirlikdə yaşamış oğlundan danışıb.

“Getmədiyim yer qalmadı. Gedirdim Qazaxa, oradan da “Qırmızı körpü”yə. Eşitmişdim ki, hərdən əsirləri orada dəyişirlər. Demək 2 il getdim. Sonra ele oldu ki, Allah onun qapısını açdı, özü qəhrəmancasına gəldi. İndi də nasazlıq var. Hesab edin ki, 2 dəfə könüllü gedib. Qəzetlərdə, jurnallarda adı çıxırdı. Əlbəttə ki, mən fəxr edirəm ki, o, özü könüllü getdi. Qaçıb gizlənmədi. Hətta dedim ki, sən mənim tək oğlumsan, hökümət icazə verir ki, getməyəsən. Dedi ki, ana sən belə etsən, mən bir də gəlməyəcəm. Səsimi çıxartmadım, dedim ki, get, sənə halal olsun”.

Roza Cəlilova daha sonra qızından və nəvələrindən söz açıb.

“Qızım uşaq vaxtı çox gəşəng oynayırdı. Sonra məktəbə bitirdi, universtetə girdi şərqşünaslığa. İndi universtetdə Türk ədəbiyyatından dərs deyir. Mən razıyam. Amma bu 3 nəvəmi heç olmasa istəyirəm ki, elə rəqs etsinlər ki, məni tanıyanların yarısını tanısınlar. Amma olacaq. Görürəm, mənim istəyim onlara keçib”.

AzNews.az