14:50
(077) 610-22-33

Elza Seyidcahandan yeni şeir: “Mən pozğunam”

  • >
55 354 17 May 15:24 | Şou-biznes

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan yeni şeirini təqdim edib.

“Əxlaqlı adam” adlı şeir dinləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

AzNews.az sənətçinin şeiri təqdim edir:

Yorğunam mən,

Özüm bilərəm,
Yaşamağı dadıram
Yaxşılıqla yatıram

Yaxşılıqda yanıram

Mən yandıqca qanıram

Azmışam mən
Pozğunluğun yollarında

Yatmışam mən
Yaxşılığın qollarında
Döşəyimin yorğanıyam.

Yumru-yumru, yumru-yumru

Buludların arxasındayam

Vurğunuyam nəsihətin

Ölürəm acından onun üçün

Yeyərəm onu "uff" demərəm

Axı, o mənim hürriyətim

Min bir sahibi vardır

Mənim təmiz əxlaqımın

Dedi-qodudan

Qorxusu olmaz
Saf su tək əxlaqımın

Səhər-axşam qalxanıyam.

Çirkinliyin

Miskinliyin fərmanıyam

Küskünlüyün dərmanıyam

Qəmlər bir cür yozqundur

Dəmlər yüz cür yozqundur

Pozğunluğun acından
Ölüm acından.

Öldürəcəm acından

Ölün acından

O pozğun ki,

Mənim kimi bir pozğuna

Qoy rast gəlsin istəyirəm

Ey pisliyin pozğunları

Pozğun olub yaxşılıqda

Arxalıqda, yamanlıqda

Arxalıqda, yamanlıqda
Samanlıqda eşələnər

Köməyinə guya gələr

Səs-küyə ürpələnər

Asıldıqca

Mən pozğunam

Sən də pozğun ol deyəcək

Mənim kimi.

- İtin kimi etibarlı

Olmağı mən istəyirəm.
Toxluğuyam yamanlığın
Çoxluğuyam tamahlığın
Vurğunuyam təsirliyin

Əsirgiyəm yönlülüyün

Heyranıyam adlılığın

Zirvəsiyəm yerliliyin

Ustadıyam çıxışlığın

Atılanıyam yaxşılığın

Heç kəs özünü

Saya bilməz.

Tam əxlaqlı adam.

Nə qədər ki, deyil.

Hamı.

Tam əxlaqlı adam.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X