07:56
(077) 610-22-33

Əməkdar artist imkanlı şəxslərə müraciət etdi: “Yardım etsələr ferma tikib, heyvan saxlayaram”

  • >
31 265 19 May 12:01 | Şou-biznes

“Mal-heyvan saxlamaq ayıb deyil ki...”

Bunu AzNews.az-a açıqlamasında Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdulayeva bildirib. Onun sözlərinə görə, böyüyüb boya-başa çatdığı ailə ömrü boyu heyvandarlıqla məşğul olub:

“Atam, qardaşım heyvan saxlayır. Hətta mən özüm də heyvan saxlamışam. Heyvanları neçə saxlamağın yolunu bilirəm. Bəyəm, mən uşaqlıqda zadəgan ailəsində böyüməmişəm ki?! Kənddə böyümüşəm. Mən kənd adamıyam. Bunun pisi, əyrisi yoxdur ki. Kəndə insan nə etməlidir? Qoyun, mal, toyuq, cücə saxlamalıdır. Şəhər adamı deyiləm ki...Hazırda Kürdəmirdəyəm. Burda deyirlər ki, mal-heyvan saxlamaq istədiyinizi açıqlamısınız. Deyirəm pis şey deməmişəm ki, heyvandan gəlirli sahə var?”

Elnarə Abdullayeva qeyd edib ki, son günlər ətin qiyməti qalxdığından bəzi adamlar heyvan saxlamağa üstünlük verib: “Ətin qiyməti qalxıb deyə hamı heyvan saxlayır. Biz isə anadan olandan heyvan saxlayırıq.”

Müğənni deyir ki, heyvandarlıq Azərbaycanda böyük bisnes sahəsidir: “İnan, pul olsa, böyük biznes quraram. Kimsə yardım edərsə, mən də böyük ferma tikib, heyvan saxlayaram. Kənd təsərrüfatının hər şeyi gözəldir. Allah dövlətimizə, millətimizə dəyməsin. Sakitlik olsa mal-heyvan da sakit otlayacaq.”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X