00:10
(077) 610-22-33

Bu gün gəlin köçən Xalq artisti danışdı: “Gəlin paltarının qiymətini...”

  • >
156 167 23 May 2017 11:08 | Şou-biznes

Xalq artisti, Opera və Balet Teatrının solisti Aygün Bayramova bu gün gəlin köçür.

Bu barədə AzNews.az-a danışan sənətkar toyla bağlı işlərin yekunlaşdığını bildirib:

“Bu gün toyumdur. Zənglər olunur, təbriklərin ardı-arası kəsilmir. Özümü yaxşı hiss edirəm. Hər şey çox gözəldir. Ailə qurmağa tam hazıram.”

Aygün Bayramova gəlin paltarının başqa ölkədən alındığını qeyd edib: “Azərbaycanda almadıq. Əsas odur ki, gəlin paltarı ürəyimcədir. Qiymətini deməyəcəm, belə şeylərə ehtiyac görmürəm.”

Sənətkar ailə qurandan sonra səhnədən uzaqlaşmayacağını vurğulayıb: “Səhnə mənim həyatımdır. 9 yaşımdan həyatım səhnədə keçib.”

Xalq artisti toya mətbuat nümayəndələrinin dəvət olunmadığını dedi.

Xalq artisti Aygün Bayramova toya hazırlaşır. 49 yaşlı sənətkar İran vətəndaşı, İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribyuteri Fəraməz Gərmrudi ilə ailə həyatı quracaq. İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X