22:26
(077) 610-22-33

Opera müğənnisi sevgilisylə arzusuna çatıb – VİDEO

  • >
780 8 Fevral 2013 16:27 | Şou-biznes

Opera müğənnisi Cahangir Qurbanov sayca yeddinci olan yeni klipini təqdim edib.



AzNews.az-ın məlumatına görə, əsasən rusdilli ifaçı kimi tanınan müğənni ifa etdiyi müəllifi Eldar Həsənovun olan "Meçta" ("Arzu") mahnısına klip çəkdirib. Mahnı Leyla Babayeva ilə duet şəklində ifa olunduğundan, duet ortaqları klipdə sevgili obrazlarını canlandırıblar. Klipi klipmeyker Nail Naiboğlu ekranlaşdırıb.

Rusiya şou-biznesinə qatılmağı qarşısına məqsəd qoyan müğənni son bir ildə olduqca məhsuldar çalışıb. O, il ərzində Eldar Həsənovun müəllifi olduğu mahnılardan ibarət 3 solo albom hazırlayıb və "Lyubov iqra", "Çujiye raznıye", "Meçta" və görkəmli sənətkar Müslüm Maqomayevə ithaf olunan mahnılara ekran həyatı verib.

Qeyd edək ki, C.Qurbanov Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.




Fuad Mədətov
AzNews.az
Bağla X