Bəstəkar Aygün Səmədzadə həmkarına qarşı savaş açıb. Bəstəkar Aygün Səmədzadə həmkarına qarşı savaş açıb.

Aygün Səmədzadə həmkarını qarğıdı: “Ürəyi paxıllıqdan quruyub, dili də qurusa, tamam susar”

Bəstəkar Aygün Səmədzadə həmkarına qarşı savaş açıb.

AzNews.az xəbər verir ki, bəstəkarlardan biri Aygün Səmədzadəninin yaradıcılıq planlarına maneəçilik törədib. Bundan xəbər tutan Aygün Səmədzadə adını çəkmədiyi həmkarına sonuncu dəfə xəbərdarlıq edib:

“Bu gün bir mötəbər mənbədən eşitdim ki, adı var, dadı yox musiqilər yazan “bəstəkar”lardan biri məndən danışır. Hansısa layihədə adımın pozulması ücün əlləşir. Həmin şəxs orta yaşlı nəslin nümayəndəsidir, kişi cinsindəndir. 3 yaddaqalan mahnısından 2-nin mənşəyi şübhə altındadır. Partitura sözünü bilir. Hazırda heç nə yazmır. Ürəyi paxıllıqdan quruyub, dili də qurusa, tamam susar.”

Aygün Səmədzadə qeyd edib ki, həmin bəstəkarın yaradıcılıq irsini arşadıracaq: “Dəli şeytan deyir ki, tənqidçi kimi bunun yaradıcılıq irsini qurdala, özləri də bilsin ki, indiyədək nə yazıblar.”

Bahar RÜSTƏMLİ

AzNews.az