17:04
(077) 610-22-33

“Yaşlı müğənnilərə ürəkləri nə istəyir yazırlar” - Əməkdar artist

  • >
3 031 26 May 2017 13:03 | Şou-biznes

“Atanı, ananı istəyirsənsə, qəşəng sözlər yaz”

AzNews.az xəbər verir ki, “ARB Ulduz”un “Şou məkan” verilişinin növbəti qonağı əməkdar artist Ruhəngiz Allahverdiyeva olub.

Əməkdar artist ilk olaraq bəzi həmkarları kimi tez-tez görünməklə sevənlərinin gözünü yormaq istəmədiyini deyib:

“Təbii ki, çağırılan yerə gedirəm. Efirdə çox olanda tamaşaçı da bizdən doyur, bezir. Deyir, hansı kanalı açırıq eyni müğənnini görməkdən yoruluruq. Elə az-az olsun, yaxşı olsun”.

Daha sonra məşhurların sosial şəbəkələrlə bağlı yaralı yerinə toxunan Rühəngiz xanım, ardı-arası kəsilməyən yersiz tənqidlərdən də danışıb:

“Ya geyiminə lağ edirlər, ya makiyaja lağ edirlər. Bilib bilmədən yazırlar. Yaşlı müğənnilərə də ürəkləri nə istəyir yazırlar. Belə şeylər də olur. Düşünsünlər ki, qocalıq hər adama nəsib olmur. Biz ocağımızda valideynlərimizi qoruyuruq. 90 yaşı olur, yenə həkimə aparırıq ki, valideynlərimizə heç nə olmasın. Əgər sən atanı, ananı istəyirsənsə, Azərbaycan xalqının sənətkarı sənə musiqisi ilə zövq verir, onun mahnılarına qulaq asırsan, toyuna çağırırsan. Belə olan halda, niyə sən ona başqa söz yazırsan? Qəşəng sözlər yaz da”.

Məkandan və şəraitdən asılı olmayaraq, hər zaman geyim mədəniyyətini nümayiş etdirdiyini deyən sənətçi, bütün bunları fanatları üçün etdiyini dilə gətirib:

“Sovet zamanından bu günə qədər məkandan asılı olmayaraq, mən heç vaxt öz geyimimdən, səliqəmdən qalmamışam. Mən geyim mədəniyyətimi göstərirəm. Daxilimdə olanı nümayiş etdirirəm. Çünki tamaşaçı sənin sənətini, danışığını, zövqünü, geyimini bir yerdə yaxşı görmək istəyir”.

Geyimləri ilə bağlı hər zaman məsləhət almağı sevən və ən əsası bacaran əməkdar artistin ona sərt ismarıclar göndərən insanlara tövsiyəsi də olub:

“Mən geyimimi ən az 20-30 adamdan soruşuram ki, necədir? Yaxşı deyilsə, mən həmin geyimi mütləq dəyişirəm. Çünki kənardan baxıb qiymətləndirdilər ki, bu, yaxşı deyil. İncimirəm. Kimsə yazır bu nə geyimdir? Ola bilər yazsın ki, xanım, mən sizi belə yox, belə görmək istəyirəm. Olmazmı ki, bunu incə formada yazsın, sözünü desin. Sənətçilər körpə uşaq kimidirlər. Bizim xətrimizə dəymək olmaz. Biz insanlara səadət, xoşbəxtlik, yaşamaq eşqi veririk”.

Top xəbərlər
Bağla X