Məşhur türk müğənnisindən azərbaycanlı həmkarına dəstək – FOTO

Müğənni İradə İbrahimova türkiyəli musiqiçilərlə əməkdaşlığını davam etdirir. O, çalışdığı heyətlə sənət karyerasına uğur gətirəcək layihələrə qoşulub. Ən başlıcası isə həyat yoldaşı Ceyhun İzərdən dəstək alan İradə studiya hazırlıqlarına da bəzən onunla birgə gedir.

Hazırda Türkiyədə olan müğənni AzNews.az-a açıqlamasında bildirib ki, mahnı hazırlıqları tamamlanır. Növbəti mərhələdə isə həmin mahnıları sinql şəklində işıq üzü görəcək.

İ.İbrahimova Türkiyənin məhşur sənətçiləri Murad Dalkılıc, Ozan Çolaqoğlu və müğənni Gülşəndən dəstək aldığını söyləyib: "Studiyaya gələn Gülşən mənimlə söhbət etdikdən sonra səsimi dinləmək istədiyini bildirdi. Həm səs yazımı, həm də canlı şəkildə mənə qulaq asan Gülşən, xoş sözlərinin ardınca mənə dəstək olacağını dedi. Sözünün ağası olan Gülşən artıq bir neçə dəfə studiyaya gələrək, mənim çalışmalarımı izləyib. Qarşılıqlı təcrübələrimizi bölüşərək, gələcəkdə əməkdaşlıq edəcəyimizi danışdıq".

Fuad Mədətov
AzNews.az

image description image description image description