22:22
(077) 610-22-33

Elza Seyidcahandan müraciət: “Hərə evində bir heyvan saxlasın”

  • >
3 220 27 May 2017 12:00 | Şou-biznes

“Heyvanlara qarşı sonsuz sevgim olsa da, onları evdə saxlamağın əlehinəyəm.”

Bunu AzNews.az-a açıqlamasında Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan deyib. Onun sözlərinə görə, evdə yeganə saxladığı heyvan pişikdir:

“Hər zaman arzulamışam ki, heyvan təbiətdə olsun. Heyvanları evdə saxlamağın əlehinəyəm. Allah onları təbiət üçün yaradıb, hər birisinə azadlıq verdi. Quşların özü də qəfəs deyil, təbiət üçündür. Allah heyvanları sevdi və onlara azadlıq verdi, insanlarsa öz sevgisi ilə heyvanları qəfəsə saldı. Allahın verdiyi azadlığı onlara çox gördük.”

Elza Seyidcahan dünən İçəri Şəhərdə heyvanlara aid keçirilən podiumun məqsədini açıqladı: “Qərara aldıq ki, hərə evində bir heyvan saxlasın. Orada mənimlə birlikdə Almaz Ələsgərli, Nadir Qafarzadə və başqa sənətçilər iştirak edirdi. Hərə öz heyvanını podiumda yürüyürdü. Turistlər də bizə qoşulmuşdu. Biz həm də onlara xalqımızın heyvanlara olan sevgisini nümayiş etdirdik. Sevinirəm ki, bu gün Azərbaycanda heyvanlar üçün sığınacaq yerləri fəlaiyyət göəstir.”

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X