Amerikalı aktyor, rejissor və prodüser Ben Stiller 18 illik evlilikdən sonra həyat yoldaşı aktrisa Kristin Teylordan ayrılır. Amerikalı aktyor, rejissor və prodüser Ben Stiller 18 illik evlilikdən sonra həyat yoldaşı aktrisa Kristin Teylordan ayrılır.

Məşhurların üzünömürlü ailəsi dağılır - Fotolar

Amerikalı aktyor, rejissor və prodüser Ben Stiller 18 illik evlilikdən sonra həyat yoldaşı aktrisa Kristin Teylordan ayrılır.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu xəbəri 51 yaşlı aktyor və onun həyat yoldaşı 45 yaşlı Kristin də təsdiq edib. Onlar qeyd ediblər ki, ayrılsalar da dost kimi qalacaqlar:

“18 il biri-birimizə olan inanılmaz sevgi və yüksək ehtiramdan sonra ayrılmaq qərarına gəldik. Buna baxmayaraq, biz 15 yaşlı qızımız Ellanın və 11 yaşlı oğlumuz Kvinlinin qayğısına birlikdə, dost olaraq qalacayıq. İndi bizim əsas vəzifəmiz yaxşı dost qalmaqdır”.

Ben Stiller və Kristin Teylor 1998-ci ildə "Heat Vision and Jack" eksperimental filiminin çəkilişlərində tanış olublar. Onlar 2000-ci ilin mayında Havay adalarında evləniblər. Evləndikdən 2 il sonra onların qızı Ella və 2005-ci ilin iyulunda isə Kvinli Dempsi adlı oğulları dünyaya gəlib. Onlar bir neçə filmlərdə birlikdə çəkiliblər.