Meyxanaçı Namiq Qaraçuxurlu bəzi sənət yoldaşlarını tənqid edib. Meyxanaçı Namiq Qaraçuxurlu bəzi sənət yoldaşlarını tənqid edib.

“Nəfsinizə sahib çıxın, insafınız olsun” - Namiq əsəbiləşdi

Meyxanaçı Namiq Qaraçuxurlu bəzi sənət yoldaşlarını tənqid edib.

Axşam.az xəbər verir ki, meyxanaçı “10-dan sonra” verilişində həmkarlarından birinin ünvanına sərt sözlər səsləndirib:

"Özlərini çox pis aparırlar. Bu da digər müğənnilərə sirayət edir. Bəziləri daha çox qazanmaq istəyəndə başqa işlər görməyə başlayır. Bir sənət yoldaşım var. Toya girəndə stollarda əyləşənlərin hamısı ilə salamlaşır. Hamıyla oynayıb, pul yığır. Kişidir, qadın olsaydı, adını çəkərdim. Həmin adamı görəndə dedim ki, belə etmə. Onların qabağında oynama ki, sənə pul atsınlar. Sən gedəndən sonra bunu məndən istəyirlər. Mən də getməyəndə deyirlər yekəxanadır. Nəfsinizə sahib çıxın, insafınız olsun”.

AzNews.az