08:18
(077) 610-22-33

“Ərim indi də geyimimə nəzarət edir” - Xalq artisti

  • >
3 430 30 May 2017 14:41 | Şou-biznes

"Mənim arxamda ən çox duran qayınatam oldu"

AzNews.az xəbər verir ki, ARB TV-nin “Ömrün fəsilləri” verilişinin növbəti qonağı xalq artisti, xanəndə Səkinə İsmayılova olub.

İlk öncə sənətkar, bu sənətdə ona qayınatasının dəstək olduğunu qeyd edib.

“Bir müddət onun özündən də qadağalar gəlmək istəyirdi. Amma mən hər zaman deyirəm, bizim Bakı mühitində böyük nə deyirdisə o da olurdu. Mənim arxamda ən çox duran da qayınatam oldu və onun sözü keçdi”.

Daha sonra xalq artisti ailəsində hər zaman yoldaşının sözünün keçdiyini bildirib:

“Mən bütün şoulardan uzaq idim. Mənim üçün əsas teatr idi. Mən bütün yaradıcılığımı, hər bir şeyimi verdim səhnəyə, eyni zamanda da ailəyə. Ailəm olmasa idi bu günüm də olmazdı. Onlar məni sevə-sevə yola salırdılar. Səhnədə uğurların olur, gül-çiçək alırsan, gəlib evdə onu almayanda insan üçün çətinlik törədir. Mən onlardan da müsbət enerji alırdım. Adamın özündən də çox şey asılıdır. Bu gün də bizim ailədə axırıncı söz mənim yoldaşımındır. O, nə dedi, odur. İnan bu yaşdayıq, mənim geyimimdə onun nəzarəti var. Mən qızımla dost olmuşam, amma elə məqam olub ki, demişəm ki, atan nə deyir odur. Bir an deyib ki, olmaz. Demişəm ki, olmaz, olmaz. Amma məqam keçib biraz, özü başa düşüb ki, mən axı bunu düz demədim”.

Sonda Səkinə İsmayılova tamaşada ona uyğun olmayan səhnəni dəyişdiyini deyib:

“Bir tamaşa var idi. Şəfiqə Axundovanın “Gəlin qayası” operası . Burada Gülbahar özünü qayadan atır və Gülbaharı Camal 2 əlinin üzərində səhnəyə gətirir. O, qadağa qoymasa da, bu mənə bir cürə gəldi. Mən rejissor Hüseynağa müəllimdən xahiş etdim ki, “Bu düşüb yaralanıb, vacibdir ki, bunu səhnəyə əl üzərində gətirsinlər? Sürünə-sürünə gəlsin səhnəyə”. Dedi ki, hə, düzü heç mən belə düşünməmişəm, amma sən deyirsənsə olsun. Dedim ki, belə olsa mən tamaşanı oynayacam və belə də oldu”.

Bağla X