Miri Yusifdən ilin hit iddiası: “Mən küləyəm”

Müğənni Miri Yusifin uzun müddətdir üzərində çalışdığı yeni mahnısı artıq hazırdı.

AzNews.az-a açıqlamasında müğənni bildirib ki, mahnı "Mən küləyəm" adlanır. O, mahnının ilin hiti olacağını iddia edir və mahnıya klip çəkdirəcəyini də bildirib.

Miri Yusif onu da qeyd edib ki, mahnı artıq bu gündən etibarən radio dalğalarında səsləndirilir.

Fuad Mədətov
AzNews.az