19:11
(077) 610-22-33

Elnur 10 qızla birlikdə… - VİDEO

  • >
481 10 Fevral 2013 13:05 | Şou-biznes


Müğənni Elnur Məmmədov yaradıcılığında yeniliklər etməyə davam edir. Belə ki, müğənni "Son söz" adlı yeni musiqi albomu hazırlayıb.
AzNews.az-ın məlumatına görə, 25 mahnıdan ibarət alboma "Son söz" və "Səni xatırladır" adlı iki disk daxildir. Birinci diskdə 10, ikinci diskdə isə 15 mahnı yer alıb. Müğənni yeni albomunda yer alan "Sərin gecələr" mahnısını dinləyicilərə təqdim edib və tezliklə mahnıya klip çəkdirəcək.
Müğənni bildirib ki, sözləri Nado, musiqisi Nurlan Təhməzliyə aid olan "Sərin gecələr" mahnısına çəkdirəcəyi klip dünya standartlara uyğun ekran işi olacaq. Klipin hazırlıq prosesində olduğunu deyən E.Məmmədov, onun smeta dəyərinin yüksək məbləğ olduğunu qeyd edib.

"Çəkilişlərə xüsusi hazırlıq görülür və klipdə əynimdə olacaq gödəkçəni modelyer 3 aya hazırlayıb. Klipdə 10 gözəl qızın əhatəsində olacağam. Bu qızların geyimləri də xüsusi olaraq klip üçün hazırlanıb. Klipin rejissoru Makodur", - müğənni deyib.

Fuad Mədətov
AzNews.az


Bağla X