İş adamı Ruhi Əliyeva münsif üzvü olduğu “Özünə bax” layihəsi ilə əlaqədar olaraq təcrübə mübadiləsi üçün İstanbulda səfərdə olub. İş adamı Ruhi Əliyeva münsif üzvü olduğu “Özünə bax” layihəsi ilə əlaqədar olaraq təcrübə mübadiləsi üçün İstanbulda səfərdə olub.

Ruhinin layihəsində hansı məşhurlar iştirak edəcək? – FOTO

İş adamı Ruhi Əliyeva münsif üzvü olduğu “Özünə bax” layihəsi ilə əlaqədar olaraq təcrübə mübadiləsi üçün İstanbulda səfərdə olub.



AzNews.az-ın məlumatına görə, tanınmış modelyer və dizayner Hakan Akkayanın dəvəti ilə Türkiyəyə yola düşən Ruhi modelyerin yeni mağaza açılışında da iştirak edib.
Bu yaxınlarda "Özünə bax"da Türkiyənin tanınmış simaları qonaq münsif qismində iştirak edəcək. Belə ki, fevralın sonu məşhur model Şenay Akay və xoreoqraf Uğurhan Erez, martın ilk ongünlüyündə isə modelyer və dizayner Hakan Akkaya Ruhinin dəvəti ilə "Özünə bax"ın münsif kürsüsündə iştirakçıları qiymətləndirəcək.
Artıq adları çəkilən şəxslərlə müqavilələr imzalanıb. Hakan Akkaya "Tweeter"dəki rəsmi səhifəsində, Şenay Akay isə "İnstagram" profilində və "Tweeter" hesabında azərbaycanlı qonaqla bağlı fikirlərini bölüşüb.
Layihənin bu həftəki çəkilişlərinə isə uzun zamandır Türkiyədə yaşayıb fəaliyyət göstərən model Günay Musayeva qatılacaq. Ana olandan sonra ilk dəfə Azərbaycana gələn G.Musayeva 5 gün Bakıda olacaq və "Özünə bax"ın çəkilişlərində iştirak edəcək.

Fuad Mədətov
AzNews.az

image description image description image description image description image description image description