01:57
(077) 610-22-33

73 yaşlı Mik Caqqer 8-ci dəfə ata oldu – Böyük oğlunun 45 yaşı var

  • >
3 055 20 İyun 10:35 | Şou-biznes

“Rolling Stones” qrupunun rokçusu Mik Caqqer 8-ci dəfə ata olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Caqqerin sevgilisi amerikalı balerina Melani Hemrik oğlan uşağı dünyaya gətirib.

Mik Caqqerin artıq nəticəsi olduğu halda onun yenidən ata olması böyük marağa səbəb olub.

Həkimlər körpənin tam sağlam olduğunu bildiriblər.

Mik Caqqerin 5 qadından uşağı var. Böyük oğlu Keris Hant 45 yaşındadır.

Bəxtiyar Abbasov

AzNews.az

Bağla X