05:45
(077) 610-22-33

Canəli Əkbərovdan masaj açıqlaması - VİDEO

  • >
715 12 Fevral 2013 09:28 | Şou-biznes

3-cü Respublika muğam müsabiqəsinin başlandığı gün xalq artisti, professor Canəli Əkbərovun "Dərsdə masaj" videogürüntüsü internet portallarında yer aldı və böyük səs-küyə səbəb oldu. Bildirək ki, yayılmış videoda Canəli Əkbərov özünü xanım tələbəsinə masaj etdirir.

Bununla bağlı AzNews.az-a açıqlama verən xalq artisti Canəli Əkbərov bu videonun yayılmasında düşmənlərinin əli ilə olduğunu iddia edib:

"Bu video mənim heç vecimə də deyil. Qoy olsun, bu alçaq adamların işidir. 4 il bundan əvvəl olan məsələdir. Guya o videoda nə var? Camaatı saunada görürlər, danışmırlar. Onunla mənə heç nə edə bilməyəcəklər".

"Həmin videoya baxmısınızmı?" sualına isə C. Əkbərovun cavabı əsəbi oldu: "Mən elə şeylərə baxmıram. Kimə maraqlıdırsa qoy baxsın".




Bahar Rüstəmli
AzNews.az

Bağla X