Telekanal rəhbəri Zaur Baxşəliyev və Xoşqədəm Hidayətqızına xəbərdarlıq edib Telekanal rəhbəri Zaur Baxşəliyev və Xoşqədəm Hidayətqızına xəbərdarlıq edib

ATV-də fövqəladə toplantı: aparıcılar danlandı - EKSKLÜZİV

Telekanal rəhbəri Zaur Baxşəliyev və Xoşqədəm Hidayətqızına xəbərdarlıq edib




Bu günlərdə "Azad Azərbaycan" telekanalının (ATV) iki tanınmış siması-"Ümid var" verilişinin aparıcısı Zaur Baxşəliyev və "Səni axtarıram!" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) arasında yaranan qalmaqalla bağlı telekanalın rəhbəri Vüqar Qaradağlı iclas keçirib.

AzNews.az-a daxil olan məlumata görə, V.Qaradağlının keçirdiyi iclasda yalnız 3 nəfər-Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) və qalmaqalın səbəbkarı, Zaur Baxşəliyevin aparıcı olduğu "Ümid var" verilişinin prodüseri Faiq Ələkbərov iştirak ediblər.

Telekanalın rəhbəri hər 3 şəxsi tənqid edərək, onların aralarındakı soyuq münasibəti pisləyib və bu cür halların baş verməməsi üçün onları xəbərdarlıq edib. Amma daha çox tənqid atəşinə tutulan F.Ələkbərov olub. Prodüserin qalmaqala səbəbkar olması telekanal rəhbərini əsəbləşdirib. Onun töhmət aldığı da deyilir.

Qeyd edək ki, adıçəkilən aparıcıların qalmaqalına səbəb kimi onlar arasındakı reytinq davası göstərilir. F.Ələkbərov ilə X.Hidayətqızının qarşılıqlı həmlələri isə "Facebook" sosial şəbəkəsinə qədər uzanması konflikti daha da dərinləşdirib.

Fuad Mədətov
AzNews.az