Ötən gün Türkiyənin meqastarı Tarkanın Bakıda konserti baş tutdu. Ötən gün Türkiyənin meqastarı Tarkanın Bakıda konserti baş tutdu.

"Formula 1-in ən gözəl konserti bu olmalıdır" - Tarkan - Video

Ötən gün Türkiyənin meqastarı Tarkanın Bakıda konserti baş tutdu.

AzNews.az xəbər verir ki, konsert maraqlı anlarla yadda qaldı. Bakı üçün darıxdığını deyən Tarkan konsert zamanı fanatlarına müraciət edərək birlikdə bu konserti Formula 1 tarixində ən yaddaqalan etmək üçün kömək istədi:

"Mahnılarımı mənimlə birlikdə oxuyun. Formula 1-in ən gözəl konserti bu olmalıdır."

Konsert bitsə də tamaşaçıların istəyini yerinə yetirərək yenidən səhnəyə qayıdan Tarkan "Yolla" mahnısını bir daha səsləndirdi.

Fəridə Abdullayeva

AzNews.az