“Qubanın ağ alması”, yoxsa “İğdırın ağ alması”? “Qubanın ağ alması”, yoxsa “İğdırın ağ alması”?

Azərbaycanlı müğənni xalq mahnımızı təhrif etdi – VİDEO

“Qubanın ağ alması”, yoxsa “İğdırın ağ alması”?


Türkiyənin "Star" telekanalında yayımlanan "O ses Türkiye" mahnı müsabiqəsinin iştirakçısı və türklərin ən çox dəstəklədiyi əslən azərbaycanlı olan, müğənni Ayda Müşərrəfin yayılan çox maraqlı videosu izləyənlərin təəccübünə səbəb olub.

AzNews.az-ın məlumatına görə, "Youtube"da yerləşdirilən videoda yalnız pianonun müşayiəti ilə A.Müşərrəf Azərbaycan xalq mahnısı "Qubanın ağ alması"nı ekspromt ifa edib. Amma izləyənlərin böyük təəccübünə səbəb olan məqam isə mahnıda Quba deyil, İğdır ifadəsinin işlədilməsi olub. Yəni ki, "İğdırın ağ alması"...

Qeyd edək ki, 21 yaşlı A.Müşərrəf İngiltərədən "O ses Türkiye" mahnı müsabiqəsinə qatılıb və özünü Türkiyənin təmsilçisi kimi təqdim edib. Onun atası Cənubi Azərbaycandan, anası isə Türkiyədəndir.




Fuad Mədətov
AzNews.az