16:49
(077) 610-22-33

“Gözləyin, əsl şou gəlir!” – VİDEO

  • >
629 13 Fevral 2013 12:35 | Şou-biznes

Bəstəkar, müğənni və şoumen Rəhim Rəhimli ulduzlara layiq şou layihənin aparıcısı olacaq.



AzNews.az-ın məlumatına görə, sənətçinin budəfəki verilişi bu günə kimi R.R imzasını atdığı verilişlərdən çox fərqlənir. "Show Rəhimli" adlı veriliş əsl ulduzlara xas formatda təqdim olunacaq.

Özünün ulduz layihəsinə əsl ulduzlar kimi hazırlaşan müğənni "Show Rəhimli"nin Azərbaycan teleməkanında ən səviyyəli şou veriliş olacağını deyib.

"Yüksək səviyyədə şou təqdim edəcəyik. Qonaqlarımız da incəsənət camiyəsinin, yaradıcı mühitin səviyyəli nümayəndələri olacaq. Gözləyin, əsl şou gəlir!", - R.Rəhimli söyləyib.




Fuad Mədətov
AzNews.az
Bağla X