18:48
(077) 610-22-33

“Cahan”nın Cavad Rəcəbovun oğlu ilə nə işi ola bilər? – FOTO

  • >
1 612 13 Fevral 2013 13:08 | Şou-biznes

Tanınmış müğənni Cavad Rəcəbovun oğlu, bəstəkar və aranjemançı Cavid Rəcəbov “Cahan” qrupu ilə iş birliyinə başlayıb.



Bu barədə AzNews.az-a qrupunun solisti Arzuxan Gözəlov deyib. O, bildirib ki, "Cahan" qrupu bu günə kimi bir çox mahnıları Cavid Rəcəbovla çalışıb, amma bundan sonra mütəmadi olaraq onunla birgə bütün mahnılarını hazırlayacaqlar.

Solist onu da qeyd edib ki, iş birliyi zamanı ərsəyə gələn mahnıları ilk olaraq dostlarına təqdim edəcəklər.

Qeyd edək ki, Türkiyənin bəzi məşhur müğənnilərinin ifa etdikləri mahnılarının aranjeman müəllifi Cavid Rəcəbovdur. O, Azərbaycanda da ən çox sevilən və dinlənilən mahnıların müəllifidir.

Fuad Mədətov
AzNews.az

Bağla X