Müğənnimiz mahnısını məşhur müğənninin aranjemançısı həvalə edib Müğənnimiz mahnısını məşhur müğənninin aranjemançısı həvalə edib

Sənətçilərimiz birlikdə sürpriz hazırlayırlar - FOTO

Müğənnimiz mahnısını məşhur müğənninin aranjemançısı həvalə edib



Müğənni Emil Bədəlov həmkarının musiqisinin müəllifi olduğu mahnını ifa edib. Mahnının sözlərinin müəllifi, şairə Aysel Nəcəfli AzNews.az-a açıqlamasında bildirib ki, müğənni Elvin Abdullayevlə iş birliyi nəticəsində ərsəyə gələn mahnı yaxın günlərdə Emil ifasında təqdim olunacaq.

"Bu günlərdə müğənni Emil Bədəlovla mahnımız tam hazır olacaq. Hazırda mahnı aranjeman olunur və mahnının çox seviləcəyinə inanıram. Mahnını məşhur müğənninin aranjemançısı hazırlayır. İnşallah, bu barədə təqdimat zamanı Emil özü ətraflı məlumat verəcək", - A.Nəcəfli deyib.

Şairə onu da qeyd edib ki, müğənnilər Elvin Abdullayev ("Haradasan") və Emil Məmmədov ("Sevgi nəyə deyirsən?") onun sözlərinə bəstələnən mahnılarını ifa ediblər. Mahnıların musiqi müəllifi E.Abdullayev özünə məxsusdur:

"Şeirlərimə müğənni Elvin Abdullayev mahnı bəstələyir, amma bundan sonra başqa müğənnilər və bəstəkarlarla da iş birliyimiz olacaq", - A.Nəcəfli söyləyib.

Fuad Mədətov
AzNews.az

image description image description