08:33
(077) 610-22-33

Əməkdar artist ona dəli deyənləri təhqir etdi - “Şərəfsizlər”

  • >
18 343 15 İyul 10:11 | Şou-biznes

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva onu dəli adlandıranları məhkəməyə verir.

AzNews.az xəbər verir ki, aktrisa onun dəlixanada yatmasını iddia edənləri cəzalandıracağını bildirib:

“Tərbiyəsiz məxluqlar. Sizin özünüz bir psixiatora müraciət edin ki, axşam yatıb səhər isə ağzınıza gələni yazırsız. Mən nevroloji müalicə almışam. Amma onun psixoloyi pozğunluqla hec bir əlaqəsi yoxdur. Qan təzyiqinin yüksəlməsi, depresiyanı psixiator deyil, nevropotoloqlar müalicə edir. Bir də ki, Mərdəkanda yerləşən nevroloji sanatoriyadır, psixiatrik dispanser deyil. Reytinq toplamaq istəyirdiniz? Məhkəmədə toplayarsınız reytinqinizi. Allah bəlanızı versin, əsəblərim pozuldu, şərəfsizlər. Məhkəmədə sürünəcəksiniz”.

Metbuat.az dəlixanada yatan azərbaycanlı məşhurların siyahısını dərc edib. Onların arasında Xalq artisti Rasim Balayev, Əməkdar artist Naibə Allahverdiyeva, Xalq artisti Ofelya Aslan, Xalq artisti, mərhum sənətkar Səməndər Rzayevin oğlu Rəşid Səməndərin adı qeyd edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X