Əfsanəvi reper Tupak Şakurun şəxsi əşyaları bu ayın əvvəlində hərraca çıxarılıb. Əfsanəvi reper Tupak Şakurun şəxsi əşyaları bu ayın əvvəlində hərraca çıxarılıb.

Madonna Tupakın ona yazdığı sevgi məktubunu hərraca çıxarmağa qoymadı - Foto

Əfsanəvi reper Tupak Şakurun şəxsi əşyaları bu ayın əvvəlində hərraca çıxarılıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin əşyalar arasında Tupakın Madonnaya yazdığı sevgi məktubu da var. Bundan xəbər tutan pop-diva şəxsi yazışmanın hərraca çıxarılmasının qarşısını almağa çalışıb. Bunun üçün o, Nyu-York məhkəməsinə müraciət edib.

Madonnanın sözlərinə görə, məktubun onda olmamasından xəbəri olmayıb. Ona aid olan alt paltarının, saç darağının və məktubun hərraca çıxarılan lotların arasına düşdüyünü eşidəndə şoka düşüb.

Maraqlıdır ki, bu əşyaları Madonnanın keçmiş rəfiqəsi və art-prodüser Darlin Lits hərraca çıxarıb.

Qeyd edək ki, bir neçə il əvvəl Madonna Tupakla həqiqətən də sevgi macərası yaşadığını etiraf edib. Onlar 1994-cü ildə görüşməyə başlayıblar. Həmin sevgi məktubunda isə Tupak Madonnadan dərisinin rənginə görə ayrıldığını yazıb. Tupak düşünürdü ki, Madonna ağ dərili olduğuna görə, qaradərili bu reperi heç vaxt anlaya bilməyəcək.

Əgər məktub hərraca çıxarılsaydı, ilkin satış qiyməti 100 min dollar olacaqdı.