Linkin Park rock qrupunun solisti Çester Benninqton intihar edib. Linkin Park rock qrupunun solisti Çester Benninqton intihar edib.

Dünyaca məşhur qrupun solisti intihar etdi - Video

Linkin Park rock qrupunun solisti Çester Benninqton intihar edib.

AzNews.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, ifaçı Los-Ancelesdə Palos Verdes Estates-də şəxsi villasında ölü tapılıb.

Özünü asmaqla intihar edən 41 yaşlı ifaçı uzun illər alkoqol və narkotik asılılıqdan əziyyət çəkirdi.

Maraqlıdır ki, bu gün qrupun yeni "Talking To Myself" klipi YouTube-a yerləşdirilib.

Çester Benninqtonun solistlik etdiyi, 1996-cı ildə fəaliyyətə başlayan qrup indiyə qədər 70 milyondan çox albom satıb, 2 Grammy mükafatı qazanıb.