19:39
(077) 610-22-33

“Xocalı üçün 100.000 imza toplandı, amma...”

  • >
312 14 Fevral 2013 15:02 | Şou-biznes

Dünəndən etibarən Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün lazım olan 100 min səs artıq toplanıb və hətta, keçib.



AzNews.az-ın məlumatına görə, bu məsələyə biganə qalmayan Əməkdar artist Abbas Bağırov "Facebook" sosial şəbəkəsindəki fan səhəfəsində toplanan 100 min səsdən əlavə də səsin toplanması üçün sosial şəbəkə istifadəçilərinə müraciət edib:

"Şükürlər olsun! Xocalı üçün 100.000 imza toplandı, amma Dağlıq Qarabağ münaqişənin müzakirəsi üçün isə hələ cəmi 70 min imza toplanıb. Vaxta az qalıb ona görə də hər kəsi bu məsələdə daha ciddi düşünməyə və səs verməyə çağırırıq!".

Qeyd edək ki, Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.

Yanvar 25-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb.

Fuad Mədətov
AzNews.az
Bağla X