13:15
(077) 610-22-33

Röya “Torqovı”da pərəstişkarlarıyla mahnı oxudu – FOTOSESSİYA

  • >
2 041 14 Fevral 2013 17:06 | Şou-biznes

Müğənniylə şəkil çəkdirmək üçün izdiham yaranıb



Xəbər verdiyimiz kimi, müğənni Röya Ayxanın pərəştişkarları maraqlı ideya ilə bir araya toplaşaraq, flaşmob keçirəcəklər. Pərəstişkarlar 14 Fevral "Sevgililər günü" münasibətiylə keçirilən aksiyada öz sevgilərini isbat etməyə çalışacaqlar.

AzNews.az-ın məlumatına görə, bu gün nəzərdə tutulan aksiya baş tutub və kifayət qədər pərəstişkar Nizami küçəsində (keçmiş "Torqovı") toplaşaraq, ürək və Röyanın baş hərfinin ("R") formasında şəkil çəkdiriblər. Həmçinin pərəstişkarlar insanlar arasında çəkinmədən yüksək səslə müğənninin mahnılarını və adını səslədiriblər.

Bütün bu olanlara Röya ticarət və əyləncə mərkəzinin eyvanından izləyərək, pərəstişkarlarına şahidlik edib. Üstəlik, pərəstişkarlarına qoşulan müğənni onlarla birgə mahnı ifa edib. Röya aşağıda onu gözləyən pərəstişkarlarını tək buraxmayıb, yanlarına gedib. Müğənniylə şəkil çəkdirmək üçün izdiham yaranıb.

Qeyd edək ki, Röya bu gün səhər saatlarında "Azad Azərbaycan" telekanalında aparıcı Nanə Ağamalıyevanın təqdimatında yayımlanan "Gün keçir" verilişində qonaq olub. Pərəstişkarları verilişdə də müğənnini tək buraxmayıblar.

Fuad Mədətov
FOTO: Hüseyn Bağırov
AzNews.az

Bağla X