12:36
(077) 610-22-33

“Azərbaycandan çıxışlarına heç bir qadağa qoyulmayıb” - Açıqlama

  • >
6 183 7 Avqust 2017 14:38 | Şou-biznes

“Kamran Həsənli ilə Gülər Həsənlinin Azərbaycandan çıxışına heç bir qadağa qoyulmayıb”.

Bunu AzNews.az-a açıqlamasında məşhur şomen Kamran Həsənlinin vəkili Türkel Süleyman şoumen Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumata münasibət bildirərkən deyib. O, bildirib ki, Samir Piriyev yalan ifadə verməkdənsə sənətlə məşğul olsun:

“O, getsin müğənni kimi gündəmə gəlsin. Özünü yalan məlumatlarla gündəmə gətirir. Son bir ildə nə Kamrana, nə də Gülər Həsənliyə ölkədən kənara çıxmamaqla bağlı hər hansı bildiriş gəlməyib. Həmçinin, hüquqlarını müdafiə etdiyim şəxslər hansısa polis şöbələrinə dəvət olunmayıb. Ürəkləri istədiyi ölkəyə gedirlər”.

Müğənni Samir Piriyevin vəkili mətbuata açıqlamasında teleaparıcı Kamran Həsənli və bacısı Gülər Həsənlinin ölkədən çıxışına məhdudiyyət qoyulduğunu bildirib.

Xatırladaq ki, Samir Piriyev teleaparıcı Kamran Həsənlini dələduzluqda ittiham edir. İddiaya görə, Samir Piriyev Kamran Həsənliyə 85 min manat pul verib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X