Türkiyəli məşhur müğənni Sibel Canın paparazzi tərəfindən çəkilmiş fotosu yayılıb. Türkiyəli məşhur müğənni Sibel Canın paparazzi tərəfindən çəkilmiş fotosu yayılıb.

Sibel Canın 26 yaşında çəkilən çılpaq fotosu yayıldı - “Otelə gəlib gördüm ki...” (Foto)

Türkiyəli məşhur müğənni Sibel Canın paparazzi tərəfindən çəkilmiş fotosu yayılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, foto Sibel Can tətil otelində qalarkən çəkilib.

Fotonu çəkən şəxs “Posta” qəzetinin sabiq müxbiri Ayxan Kimsəsizcandır.

Müxbir belə bir fotoşəkil əldə etmək üçün başına gələn sərgüzəştləri rəvayət edib:

“Sibel Canın bikini ilə hovuza girdiyi barədə məlumat aldım. Xəbəri eşidər-eşitməz onun qaldığı oteldə nömrə sifariş verib həmin şəhərə getdim. Otelə gəlib gördüm ki, Sibel Can restorandadır. Məni tanıyacağından çəkinib gözünə görünmədim. Sibel Can hovuza gəldi. Burun-buruna idik. Çevrəmizdə isə, otelin mühafizə xidmətinin əməkdaşları var idi. Fotoaparatı Sibel Cana tərəf yönəltsəm qiyamət qopardı. Lakin, özümü o yerə qoymadım. Üzüüstə yatmağa davam etdim. Sibel Can hovuza girdi və sonra çıxaraq otelə qayıtdı. 3-5 dəqiqə sonra yaş bikinisini asmaq üçün eyvana çıxdı”

“Oteldə 4 günlük bron etdirmişdim. Buna baxmayaraq, fotoları əldə etdikdən sonra oteli təcili tərk etdim. Anamın xəstə olduğunu və təcili İstanbula getməli olduğumu deyib bəhanə ilə aradan çıxdım”

Foto çəkən şəxs hazırda ABŞ-da yaşayır, 5 böyük mağazaya sahibdir.

Bəxtiyar Abbasov

AzNews.az