05:22
(077) 610-22-33

“Bu saat Mehriban xanım Əliyevaya məktub yazıram”

  • >
465 18 Fevral 2013 14:09 | Şou-biznes

Müğənni Aslan: “Dövlət Televizayalarında mənə qadağa var”



Müğənni Aslan Hüseynovla AzTV-nin sədri Arif Alışanov arasında baş verən qalmaqal böyüyür. Məlumat üçün bildirək ki, müğənni "Kanal 13-ə" verdiyi müsahibəsində Arif Alışanovun davranışını "səviyyəsiz və tərbiyəsiz" adlandırıb.

Müğənni Aslan Hüseynov AzNews.az-a açıqlamasında bu müsahibəni iki il bundan əvvəl verdiyini deyir: "Onu indi niyə üzə çıxarıblar? Bu saat Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya məktub yazıram. Mən Azərbaycana Heydər Əliyev siyasətini dəstəkləməyə gəlmişəm. İlk mahnım "Azərbaycan" olub, sonra "İgidlər", mərhum Zərifə Əliyevaya həsr olunan "Ana" mahnısını oxumuşam. Bu cür mahnılarımla dövlət kanalına çıxa bilmirəm. Mənə qadağa var. Niyə? Mən neyləmişəm? Kimə müraciət etməliyəm? Mən ilk dəfə Azərbaycana seçkilərə gəldim. Bu nə məsələdir? Dəhşətdir. Birinin oduna hamı yanır. İndi bunu niyə şişirdiblər? Görünür, mənə qarşı bir kampaniya başlayıb".

Bahar Rüstəmli
AzNews.az

Bağla X