Tanınmış müğənni Nadir Qafarzadə oğluna qoyduğu qadağadan danışıb. Tanınmış müğənni Nadir Qafarzadə oğluna qoyduğu qadağadan danışıb.

Nadir Qafarzadə oğluna şortik geyinməyi qadağan etdi - “Gəlinim...”

Tanınmış müğənni Nadir Qafarzadə oğluna qoyduğu qadağadan danışıb.

BiG.AZ xəbər verir ki, hər zaman ailəcanlı insan kimi tanıdığımız Nadir oğluna şortik geyinməyi qadağan etdiyini bildirib:

"Gördüm ki, şortik geyinib və evdən çıxmağa hazırlaşır. Geri qayıtmağa məcbur elədim, dedim ki, get, dəyiş, şalvar geyin. O, şortiki dəniz kənarında, bağda geyinə bilər. Oğluma dedim ki, şəhərdə gəzərkən camaatın qızı, ailəsi niyə səni elə görməlidir?".

N.Qafarzadə bildirib ki, oğlanlarının kiminlə evlənəcəyi məsələsinə qarışmaq fikri yoxdur:

"Oğullarımın heç bir işinə qarışmıram. Hətta demişəm ki, hansı millətdən olan xanımla istəsəniz ailə qura bilərsiniz. Ancaq gəlinim olacaq həmin xanım mütləq geyiminə fikir verməlidir".

AzNews.az