“Senzuranın olmasının sovet dövründə öz ifratları var idi, olmamasının da indi bir başqa ifratları var. Ümumiyyətlə, bu sözü bizdə düzgün anlamırlar deyə düzgün də aşılmırlar. Bəyəm senzura kiminsə əlində dəyənək başının üstündə durub sənə nəyisə diktə etməsidir, ya senzuranın olmaması ağzına yiyəlik etməməkdir? Ortaq məxrəc var ki, mənəviyyata xidmət edir, bax həmin məxrəcə gəlmək lazımdır. Hər açıq-saçıqlıq və ya hər deyilən söz hələ sənət demək deyil”. “Senzuranın olmasının sovet dövründə öz ifratları var idi, olmamasının da indi bir başqa ifratları var. Ümumiyyətlə, bu sözü bizdə düzgün anlamırlar deyə düzgün də aşılmırlar. Bəyəm senzura kiminsə əlində dəyənək başının üstündə durub sənə nəyisə diktə etməsidir, ya senzuranın olmaması ağzına yiyəlik etməməkdir? Ortaq məxrəc var ki, mənəviyyata xidmət edir, bax həmin məxrəcə gəlmək lazımdır. Hər açıq-saçıqlıq və ya hər deyilən söz hələ sənət demək deyil”.

“Sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim” - Amaliya Pənahova

“Senzuranın olmasının sovet dövründə öz ifratları var idi, olmamasının da indi bir başqa ifratları var. Ümumiyyətlə, bu sözü bizdə düzgün anlamırlar deyə düzgün də aşılmırlar. Bəyəm senzura kiminsə əlində dəyənək başının üstündə durub sənə nəyisə diktə etməsidir, ya senzuranın olmaması ağzına yiyəlik etməməkdir? Ortaq məxrəc var ki, mənəviyyata xidmət edir, bax həmin məxrəcə gəlmək lazımdır. Hər açıq-saçıqlıq və ya hər deyilən söz hələ sənət demək deyil”.

AzNews.az xəbər verir ki, bunu Kulis.az-a müsahibəsində xalq artisti Amaliya Pənahova deyib. O, bildirib ki, bizim tamaşaçılarımız hələ açıq – saçıq səhnələrə alışmayıb və bunu birdən-birə həzm etdirmək olmazDigər tərəfdən bizdə bu səhnələri professional səviyyədə çatdıra bilmirlər: “Mən “Təhminə”də açıq heç nə görmürəm. Tamaşasını Fuad Poladovla mən ifa edirdim. Biz o yüksək sevgi səhnələrini çox estetik şəkildə canlandırmışdıq, bununla heç kəsin duyğularını qıcıqlandırmamışdıq. Hər dövrün, hər tamaşaçının öz zövqü, öz dünyagörüşü var. Mənim müəllimlərim olmuş Ədil İsgəndərov, Tofiq Kazımov deyirdilər ki, heç vaxt tamaşaçının zövqüylə addımlamayın, çalışın siz tamaşaçını öz ardınızca apara biləsiz. Tamaşaçılar da gərək filmin bədii tərəfinə baxsın da, uyğunsuz olan bir nöqtədən yapışmasınlar”.

A. Pənahova deyib ki, “Təhminə” rolunu o oynamaq istəyib: “Filmdə mən çəkilmək istəyirdim, bu istək neçə ildir ki, mənim ürəyimdə qalıb. O zamanlar mənə sirr idi ki, niyə Rasim Ocaqov mənə heç təklif də etmədi? İstanbulda Beynəlxalq kino festivalında olanda, rəhmətlik Ocaqovla söhbət açıldı, o mənə gözəl sənətkar olduğumu dedi, mən də izin vermədim ürəyimdə qubar qalsın, dedim, mən gözəl sənətkar olsaydım, siz “Təhminə”yə çəkərdiniz. O da heyrətlə bir mənə, bir yoldaşıma baxdı və dedi: “Filmdəki açıq səhnələrə görə rolu sənə təklif etməyə ürək etmədim, qorxdum birdən razılaşmazsan”. Sizə dediyimi o zaman ona da demişdim ki, filmdə açıq heç bir şey görmədim və mən o sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim. Ona görə də bir neçə il öncə düşünmüşdüm ki, eyniadlı filmi özüm fərqli şəkildə çəkim və baş rolu da özüm ifa edim”.

Aktrisa bildirib ki, onun çəkmək istədiyi “Təhminə”vəsaitlə bağlı gecikir: “Film gecikdikcə yaş da öz işini görür. Məni bu yaşda Təhminə obrazında təsəvvür edirsiz?

İndi elədir ki, insanın yaşı əlli olsa da, özünü görkəmdə saxlamağı bacarırsa, istedadı varsa, gənc xanım rolunu ifa edə bilər, amma o vaxtı dolu, əndamlı xanımlar dəbdə idi deyə aktrisalarımız yeməkdən özlərinə korluq vermirdilər. Bu da zamanla öz fəsadını göstərirdi, artıq yaşa dolanda filmə, tamaşaya yaramadıqlarından rejissorlar çıxılmaz vəziyyətdə qalmışdılar və birdən mən gəldim. İlyas Əfəndiyev institutda məni gördü, Culyetta rolunu ifa edirdim, çox bəyəndi və məni teatra dəvət etdi. Belə deyək ki, bəxtim gətirdi, tale güldü üzümə və gəlməyimlə də “Sən həmişə mənimləsən” tamaşasında öz yaşıdımı - Nargiləni oynadım. Lazım olduğum bir zamanda gəldiyim üçün rejissor və tamaşaçı məni rahatca qəbul etdi, sevdi. Məndən öncə də, sonra da istedadlı aktrisalar olub, təbii ki, amma məni qürurlandıran budur ki, öz zamanımda lazımlılığımı hiss etdim və bu lazımlılıq məni otuz il müşayiət etdi”.

AzNews.az